"Hələlik nəticə yoxdur. Bu da normaldır. Çünki indiki mərhələdə heç kim öz hücumçusunu buraxmaz. Ola bilər, kimisə icarəyə götürmək. Axtarışımız davam edir"

"Bu gün komandamız məşqləri bərpa etdi. Hələlik yalnız yerli oyunçularla hazırlıq keçirik". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib. Klubun TV-sinə açıqlamasında mütəxəssis bildirib ki, yaxın günlərdə legionerlərin də komandaya qoşulacaqlarını gözləyirlər.
 
Abasov yoxlama matçları üçün rəqib axtarışının davam etdiyini söyləyib: "Ola bilər ki, birinci divizion komandalarından birinə müraciət edək".
 
Abasov onu da deyib ki, klub komandadan gedən Prins İbaranın yerinə hücumçu axtarışını davam etdirir: "Hələlik nəticə yoxdur. Bu da normaldır. çünki indiki mərhələdə heç kim öz hücumçusunu buraxmaz. Ola bilər, kimisə icarəyə götürmək. Axtarışımız davam edir".
 
çalışdırıcı İbaranın "Neftçi"dən getməsi barədə də danışıb: "O, burada xoşbəxt deyildi. Başa düşürdü ki, burada kiminsə yerini tutur və özünü göstərə bilməyib. Təbii ki, özü getmək istədi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest