Futbol üzrə İran çempionatında 9-cu turdan təxirə salınmış oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Nassaji Mazandaran"la qarşılaşıb. Təbriz klubu bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Keçirdiyi 11 oyuna cəmi 4 xal toplamış "Maşinsazi" 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur "Traktor" klubu isə 16 xalla 4-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest