"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası nəhəngi "Torino"nun yarımmüdafiəçisi Sualiho Meyteni heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı fransız futbolçu satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. Meyte "Milan"da "18" nömrəli formanı geyinəcək.
 
2018-ci ildən "Torino"da forma geyinən Sualiho karyerası ərzində "Oser", "Lill", "Sulte Varegem", "çonako" və "Bordo"nun da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest