"Məndən soruşsanız, "Liverpul"da mümkün qədər çox qalmaq istəyirəm. Ancaq bu, məndən yox, klubdan asılıdır. "Liverpul" formasını geyindiyim müddətdə daim meydanda olmaq, mümkün qədər çox kubok qazanmaq istəyirəm"

Adı tez-tez İspaniya nəhəngləri "Real" (Madrid) və "Barselona" ilə hallanan Məhəmməd Salah "Liverpul"dakı gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, Avropa transfer bazarının favorit simalarından olan misirli futbolçu hansısa komandaya keçmək haqda düşünmədiyini bildirib.
 
28 yaşlı futbolçu "Liverpul"da baş məşqçi Yurgen Kloppla yeni uğurlar qazanmaq iddiasındadır.
 
"Məndən soruşsanız, "Liverpul"da mümkün qədər çox qalmaq istəyirəm. Ancaq bu, məndən yox, klubdan asılıdır. "Liverpul" formasını geyindiyim müddətdə daim meydanda olmaq, mümkün qədər çox kubok qazanmaq istəyirəm. Azarkeşlərin mənə olan etibarlarını alt-üst etmək istəmirəm" – deyə, Salah vurğulayıb. 
 
Hazırda 13 qolla İngiltərə Premyer Liqasının bombardiri olan Məhəmməd Salahın  "Liverpul"la müqaviləsi 2023-cü ildə başa çatır.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest