İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Serxio Aquero koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə argentinalı hücumçu "Tvitter"dəki səhifəsində məlumat yayıb:
 
"Koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra özümü təcrid etdim, amma verdiyim sonuncu COVID-19 testi pozitiv oldu. Xəstəliyin bəzi əlamətləri var idi və indi ən qısa müddətdə sağalmaq üçün həkimin dedikərini yerinə yetirirəm".
 
Qeyd edək ki, Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı. Bu mövsüm "Mançester Siti"də cəmi 9 oyuna çıxan argentinalı hücumçu 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest