Futbol üzrə Fransa çempionatının 21-ci turu çərçivəsində baş tutan “Monpelye” ilə oyun (4:0) PSJ-nin hücumçusu Neymar üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, braziliyalı hücumçu Paris təmsilçisinin heyətində 100-cü oyununa çıxıb.
 
28 yaşlı forvard 60-cı dəqiqədə qol da vurub. Bununla Neymar yubiley matçında həm də yubiley qola imza atıb. O, PSJ-də keçirdiyi 100 oyunda 80 qol vurub. Braziliya millisinin üzvü bu oyunlarda 46 məhsuldar ötürmə ilə də yadda qalıb.
 
Neymar PSJ-yə 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avroya keçib. Bu, futbol tarixinə ən bahalı transfer kimi düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest