“Sadəcə "Fənərbaxça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm”.
 
Matc.az xəbər verir ki, bu fikirləri Türkiyənin “Fənərbaxça” klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.
 
33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.
 
"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport" telekanalında efirə gedən "Türkiyədən futbol" verilişinin aparıcısı Elçin Cəfərovun ünvanladığı suala cavab olaraq Özil vurğulayıb.
 
Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest