"Atletik"in (Bilbao) lideri İnyaki Uilyams Qana milli komandasındakı karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə futbolçu özünün instaqram səhifəsində məlumat yayıb.
32 yaşlı vinger komandanın uğurları üçün hər zaman bütün gücünü verdiyini bəyan edib. O, beynəlxalq oyunlar zamanı yaşanan emosiyalara görə hər kəsə təşəkkür edib:
"Qana milli komandasındakı yolumu başa vurmaq vaxtının gəldiyini hiss edirəm. Bu formanı hər dəfə geyinəndə özümü tamamilə komandaya həsr etdiyimi dərk edərək, xoşbəxt və qürurla ayrılıram. Qana mənə futboldan daha çox şey verdi.
O, mənə evimə qayıtmağa, köklərimlə daha dərindən bağlanmağa və ölkəmi təmsil etməkdən, bu bayrağı sinəmdə daşımaqdan böyük qürur duymağa imkan yaratdı. Bu səyahətin bir parçası olan və mənə hər zaman göstərdiyiniz sevgiyə görə hamıya səmimi qəlbdən təşəkkür edirəm. Qana həmişə mənim bir hissəm olaraq qalacaq. Harada olursam olum, komandaya sizlərdən biri kimi azarkeşlik etməyə davam edəcəyəm".
Qeyd edək ki, İnyaki İspaniyada doğulsa da, Qana köklərinə sahibdir. O, Afrika təmsilçisinin heyətində 2022-ci ilin payızında debüt edib və ümumilikdə 28 oyuna çıxaraq 2 qol vurub.
Vinger iki dünya çempionatında iştirak edib. Sonuncu turnirdə o, komandası ilə birlikdə pley-off mərhələsinə yüksəlib və burada Qana Kolumbiyaya uduzub.
Klub səviyyəsində Uilyams 2015-ci ildən "Atletik"də çıxış edir. Onun kiçik qardaşı Niko isə İspaniya millisinin heyətində oynayır və o, bu komanda ilə AÇ-2024 və DÇ-2026-nın qalibi olub.



_1789209783.jpg)









