Rəşad komandasının cari mövsüm keçirdiyi 18 oyunun heç birində meydana çıxmayıb.

Topaz Premyer Liqasının lideri olan “Neftçi” daha bir futbolçu ilə yollarını rəsmən ayırıb. Matç.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Rəşad Əzizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Əzizli ötən mövsümdən çıxış etdiyi "Neftçi”nin heyətində ümumilikdə 21 oyun keçirib.

Qeyd edək ki, Rəşad komandasının cari mövsüm keçirdiyi 18 oyunun heç birində meydana çıxmayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest