"Milan" Daniel Maldini ilə peşəkar müqavilə imzalamağa hazırlaşır. Matç.az saytının məlumatına görə, bu barədə "calciomercato" xəbər yayıb.

Bildirilib ki, hazırda klubun gənclər komandasında çıxış edən və ordakı müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulmuş 17 yaşlı oyunçu əsas komandaya cəlb ediləcək.

Gənc oyunçu bu mövsüm gənc komanda ilə meydana çıxdığı oyunlarda 4 qol vurub.

Danielin atası Paolo Maldini "Milan"ın Strateji İnkişaf Şöbəsinin direktoru vəzifəsində çalışır.

Qeyd edək ki, Daniel "Milan"da III Maldini olacaq. Onun atası Paolo və babası çezare bu klubda çıxış ediblər və "rassionerilər"in əfsanələrindən olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest