Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti sınağına çıxıb.
Matc.az xəbər verir ki, D Liqasının II qrupunda yer alan yığmamız Bakıda Litva yığmasını qəbul edib.
8-ci km stadionunda baş tutacan qarşılaşmada millimiz 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, millimiz ilk oyununda səfərdə Litva (1:1), evdə isə Lixtenşteyn (0:0) yığması ilə heç-heçə edib.
UEFA Millətlər Liqası
D Liqası, II Qrup, IV tur
4 oktyabr
Azərbaycan – Litva - 1:0
Qol: Abdulla Xaybullayev, 25
Baş hakim: Qustavo Korreya
Baş hakimin köməkçiləri: Andre Filipe Noqeyra Dias, Andreya Souza
Dördüncü hakim: Migel Andre Monteyro Fonseka
VAR: Bruno Esteves
AVAR: Ana Klaudiya Silva Ribeyro
8-ci km stadionu
Azərbaycan: 1. Emil Balayev, 4. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 19. Tellur Mütəllimov, 6. Abdulla Xaybullayev, 20. Aleksey İsayev, 3. Rüfət Abbasov, 7. Toral Bayramov, 10. Mahir Emreli, 18. Oruc Məmmədov
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Anatoli Nuriyev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı
Baş məşqçi: Ayxan Abbasov
Litva: 12. T. Şvedkauskas, 20. R. Lekiatas, 3. E. Utkus, 18. V. Armalas, 21. A. Liçkunas, 6. M. Vorobyovas, 15. G. Gineitis, 13. J. Lasiçkas, 14. V. Slivka, 10. A. Kuçiş, 7. A. Doljnikov
Ehtiyat oyunçular: 1. L. Paukşte, 23. D. Bartkus, 2. A. Tutişkinas, 4. F. Steponaviçius, 5. K. Kazukolovas, 8. D. Şluta, 9. M. Ruzqis, 11. E. Yankauskas, 16. L. Mixelbrink, 17. D. Maljinskas, 19. I. Vençkus, 22. M. Burba
Baş məşqçi: Edqaras Yankauskas













