Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlama verib.

çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlama verib.
 
Matc.az xəbər verir ki, 34 yaşlı qrossmeyster bunları söyləyib:
 
"Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm. Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil".
 
Qeyd edək ki,  Rəcəbov bu gün yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest