Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirib.
 
Matc.az xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.
 
İlk partiyada qara fiqurlarla uduzan Rəcəbov növbəti görüşdə ağ fiqurlarla tarazlığı bərpa edib. üçüncü partiya yenə həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda rəqibinə məğlub olub.
 
Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravla dueldə böyük üstünlük qazanıb.
 
Sabah hər iki yarımfinal görüşü üzrə daha 4 qarşılaşma baş tutacaq. ümumi hesabda qalib gələn şahmatçılar finala vəsiqə qazanacaq.
 
Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
 
Yarımfinal
 
Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 2.5:1.5
Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) 2.5:0.5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest