Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun 3-cü mərhələsi - "Opera Euro Rapid" davam edir.
 
Matc.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün üçüncü yer uğrunda fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb.
 
Təmsilçimiz bu rəqibi ilə ilk gündəki duellərdən qalib ayrılıb. Tərəflər bu gün dörd görüş keçiriliblər. İlk partiyada heç-heçə qeydə alınıb. Növbəti partiyada Rəcəbov ağ fiqurlarla qalib gəlib. Lakin üçüncü dueldə Vaşye-Laqrav üstün olub. Bununla belə, Azərbaycan təmsilçisi dördüncü qarşılaşmada rəqibini təslim edərək, günü 2.5:1.5 hesablı üstünlüklə başa vurub.
 
Teymur fevralın 14-də Maksimlə daha dörd görüşdə üz-üzə gələcək. İkinci oyun günündə Rəcəbov ən azı heç-heçəyə nail olsa, turnirin bürünc medalına sahib çıxacaq.
 
Qeyd edək ki, norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib – 2:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest