"Uçuş cədvəlindən asılı olaraq, nə vaxt gələcəyimizə dair seçim var. Ancaq düşünürəm ki, şahmatçıların əksəriyyəti aprelin 17-dən əvvəl gələ biləcəklər. Aprelin 28-də son tur, aprelin 29-da isə tay-brek olacaq".

Şahmat üzrə İddiaçılar Turnirinin dəqiq bərpa vaxtı açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə FİDE prezidenti Arkadi Dvorkoviç TASS-a açıqlamasında məlumat verib.
 
O bildirib ki, yarış aprelin 19-da qaldığı yerdən davam edəcək: "Qərarımıza əsasən, İddiaçılar Turnirinin 8-ci turu aprelin 19-da Yekaterinburqda baş tutacaq. Şahmatçılar 14-cü tura qədər 10 gün oynayacaqlar. ümid edirik ki, bu dəfə hər şey qaydasında olacaq.
 
Dvorkoviçin sözlərinə görə, yarış iştirakçıları Yekaterinburqa aprelin 17-dək gəlməlidirlər: "Uçuş cədvəlindən asılı olaraq, nə vaxt gələcəyimizə dair seçim var. Ancaq düşünürəm ki, şahmatçıların əksəriyyəti aprelin 17-dən əvvəl gələ biləcəklər. Aprelin 28-də son tur, aprelin 29-da isə tay-brek olacaq".
 
Qeyd edək ki, 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. 8 qrossmeysterin qatıldığı turnirin 8-ci turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest