Futbol üzrə Ukrayna yığmasının və “Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenkonun həyat yoldaşı Vlada Sedan, İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiolanı tənqid etməsi ilə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, o, bir il öncə UEFA Çempionlar Liqasının 1/4 finalında “şəhərlilər”in Lion “Olimpik”inə (Fransa) 1:3 hesablı məğlubiyyətindən sonra bütün günahın baş məşqçidə olduğunu bəyan etmişdi.
 
O, “Youtube” səhifəsində izləyiciləri ilə söhbət zamanı bunları söyləmişdi: “Düzü, heç nə demək istəmirəm, hər şeyi özünüz gördünüz. Mən futbolçu deyiləm, məşqçi deyiləm, tənqidçi və ya analitik deyiləm. Başa düşürəm ki, fikrim nüfuzlu deyil. Bəlkə də bunu deməyə haqqım yoxdur. Bəlkə Zinçenko onu yaymağımı qadağan edəcək. Ancaq yumşaq desək, bu tamamilə Qvardiolanın fiaskosudur. Belə bir həlledici anda, belə bir taktikanı seçmək axmaqlıqdır”.
 
Üstündən bir il keçəndən sonra Vlada Sedan Ukrayna mətbuatına açıqlamasında həmin tənqidi fikirlərini şərh edib: “Həmin fikirlərimə görə peşmanammı? Bu vəziyyətlə bağlı həqiqətən yaxşı, dolğun bir şərh vermək istərdim, amma səhvlərimdən dərs alan bir insanam. Hər şeyi çox yaxşı təhlil edirəm, buna görə də bunu təkrarlamaq fikrim yoxdur. Çünki Avropanın aparıcı futbol nəşrlərinin məndən sitat gətirməsini, dediklərimi kontekstdən çıxarıb özlərinə uyğun sous hazırlamalarını istəmirəm. Sadəcə onu qeyd edə bilərəm ki, həmin sözlər bir futbolçu xanımının yox, jurnalist və blogger Vlada Sedanın düşüncələri idi. Təxminən 4 ildir futbol jurnalistiyəm. Futbolçu xanımı olmağım isə 1 il olar. Buna görə də futbolla bağlı fikirlərimi futbolçunun həyat yoldaşından yox, bir jurnalistdən qəbul etməyinizi xahiş edirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest