Bu gün Azərbaycan Premyer Liqasında XVI turun iki oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk qarşılaşması Bayılda baş tutub.

"ASCO Arena"da turnir cədvəlinin son pillələrində qərarlaşan "Səbail" və "Sabah" komandaları üz-üzə gəlib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. Rəqib qapısından keçirilən hər iki qolun müəllifi Amil Yunanov olub.

ötən tur liderliyi əldən verən "Qarabağ" isə Sumqayıta səfər edib. Ağdam təmsilçisi "Sumqayıt"ın qonağı olub. Tərəflər bu görüşdən hərəyə 1 xalla ayrılıblar.

Turun "Keşlə" – "Zirə" və "Neftçi" – "Qəbələ" görüşü sabah keçiriləcək.  

 

Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral (cümə)

"Səbail" – "Sabah" 2:0
Qol: A.Yunanov, 16; 77.
"ASCO Arena". Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov.


Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.

Sabah: 12. Alvaro Villete, 14. Slavik Alxasov (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriqes, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.


"Sumqayıt" –" Qarabağ" 0:0
"Sumqayıt Arena". Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu.
 

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
 
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 9. Xayme Romero, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 39. Zaur Fərzəliyev, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

15

9

3

3

20-16

30

2

Qarabağ

15

8

5

2

38-13

29

3

Zirə

15

6

6

3

20-16

24

4

Sumqayıt

15

6

4

5

20-20

22

5

Qəbələ

15

4

6

5

15-22

18

6

Sabah

15

4

2

9

16-21

14

7

Səbail

15

3

4

8

15-26

13

8

Keşlə

15

3

4

8

13-23

13

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 11 qol, Namiq Ələsgərov ("Neftçi") - 10 , Filip Ozobiç ("Qarabağ"), Əli Qurbani ("Sumqayıt") - 7.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest