10 Noyabr 2026, 10:43
FUTBOL
Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edəcək.
Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazansa, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.













