Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı bəlli olub. Matc.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, noyabrın 19-da I Liqanın VIII turu çərçivəsində “Xankəndi” və “Karvan-Yevlax” komandaları arasında qarşılaşma məhz bu stadionda keçiriləcək.
 

PFL-in yaydığı məlumata görə, matç saat 16:00-da start götürəcək.

Qeyd edək ki, “Xankəndi” klubu bundan sonra ev oyunlarını da doğma şəhərdə keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması planlaşdırılır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest