“Qarabağ” Azərbaycan Premyer Liqasının 16-cı turunda növbəti səfər heç-heçəsinə imza atıb.

“Qarabağ” Azərbaycan Premyer Liqasının 16-cı turunda növbəti səfər heç-heçəsinə imza atıb.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun yetirmələrinin rəqib meydanındakı 6-cı sülhü olub.
 
Bu, klub tarixinin rekordunun təkrarıdır. Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.
 
Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest