"Qələbəni hansı komanda daha çox istədi, o da qələbə qazandı. Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu".

Qadın futbolçulardan ibarət Moldova yığmasının baş məşqçisi Eduard Blanuta Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Blanuta 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Qələbəni hansı komanda daha çox istədi, o da qələbə qazandı. Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest