Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” - “Neftçi” matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
“Qarabağ” - “Səbail” matçı Rauf Cabbarova, “Qəbələ” - “Sumqayıt” oyunu Səbuhi Bayramova, “Sabah” - “Keşlə” görüşü isə Vüqar Həsənliyə tapşırılıb.
 
Azərbaycan Premyer Liqası
17-ci tur
25 fevral
 
15:00. “Qəbələ” –“ Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Qəbələ şəhər stadionu.
 
16:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu.
 
17:30. “Sabah” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Masazır. “Bank Respublika Arena”.
 
18:30. “Qarabağ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Azersun Arena”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest