Futbol üzrə Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Balıkesirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Araz da bu görüşün iştirakçısı olub. O, matçın 87-ci dəqiqəsində meydana buraxılıb.
 
23 oyundan sonra hesabında 23 xalı olan “Boluspor” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest