Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasında 150-ci matçını keçirib.
 
Matc.az xəbər verir ki, 18-ci turun “Neftçi”yə qarşı səfər görüşü (1:2) “Sabah”ın yarımmüdafiəçisi üçün əlamətdar olub.
 
O, yubileyi vurduğu qolla qeyd edib. Çempionatda 2013/14 mövsümündə “Qarabağ”ın (4 oyun) heyətində debüt edən futbolçu AZAL (22 oyun), “Zirə” (68 oyun, 5 qol) və “Qəbələ”də (23 oyun, 1 oyun) də oynayıb.
 
Təmkin “Sabah”da 33-cü matçında ilk topunu vurub. O, bu müddətdə ümumilikdə 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest