Koronavirus pandemiyası və Vətən müharibəsi dövründə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərmiş Azərbaycan milli komandalarının həkimləri Lalə İbrahimova və Natiq Süleymanova təşəkkürnamə təqdim olunub.
 
Matc.az xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi müvafiq qərar qəbul edib.
 
İbrahimova pandemiya, Süleymanov isə müharibə dövründəki fəaliyyətinə görə sözügedən mükafata layiq görülüb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest