"Liverpul" İngiltərə Premyer Liqanın 29-cu turunda doğma meydanda "çelsi"yə 0:1 hesabıyla məğlub olub. Matc.az xəbər verir ki, sözügedən məğlubiyyət Mersisayd təmsilçisi üçün antirekordla əlamətdar olub.
 
Belə ki, "Liverpul" 129 illik klub tarixində ilk dəfə Premyer Liqada doğma meydanda ardıcıl 5 oyunda uduzub.
 
"Liverpul" "Bernli"yə 0:1, "Brayton"a 0:1, "Mançester Siti"yə 1:4, "Everton"a 0:2 və "çelsi"yə 0:1 hesabıyla uduzub. 
 
Qeyd edək ki, "Liverpul" klubu 1892-ci ildə yaranıb.
 
Mersisayd təmsilçisi bu mövsüm Premyer Liqada keçirdiyi 27 oyunda 43 xal toplaya bilib və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest