Qvatemalanın üçüncü divizionunda mübarizə aparan "San-Lorenso Coqo Fut" klubunda çıxış edən Erik Entoni Qarsiya 5 illik futboldan uzaqlaşdırılıb.
 
Matc.az ESPN-ə istinadən xəbər verir ki, Qarsiya yerli çempionat çərçivəsində "Tiburones"lə keçirilən matçda hakimi yumruqla vurduğu üçün cəzalanıb.
 
Oyunun 72-ci dəqiqəsində qırmızı vərəqə alan Qarsiya bu qərarla razılaşmayıb və hakimin üzünə yumruqla vurub. Qarsiya 5 illik futboldan diskvalifikasiya olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest