UFC çempionu Amanda Nunyes maraqlı açıqlamalarla gündəmə gəlib. Matc.az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı lezbiyan olduğunu etiraf edib.

"Bir-birimizi sevirik və insanların bunu görməsi vacibdi. Sevgi sevgidi. İnsanlar sevginin nə qədər güclü olduğunu başa düşəndə, dünya daha yaxşı bir yer olacaq" – deyə, Amanda bildirib.

Amanda vurğulayıb ki, sevgilisi də UFC döyüşçüsüdü. O, Nina Ansaroffla elə rinqdə tanış olub: "Onunla görüşdükdən sonra demək olar ki, heç ayrılmadıq. Telefonda ona "səni sevirəm", "səni öpmək istəyirəm", "evində bir film izləyə bilərəmmi?" kimi cümlələr yazırdım".

O vaxtdan bəri, qızlar münasibətlərini gizlətmirlər - UFC turnirlərinə əl ilə gəlirlər və döyüşlərdən sonra qəfəsdə öpüşürlər. Ancaq Ansaroff özünü LGBT cəmiyyətinin nümayəndəsi hesab etmir. O və Amanda bir-birini sevir və bunu niyə gizlətməli olduqlarını anlamırlar.

"Mən çempionam. Mən tarixin ən yaxşısıyam və lezbiyanam. Ailəm var, qızımı sevirəm, ona sevgi və daha yaxşı bir gələcək verirəm. İnsanlara çatdırmaq istəyirəm ki, indi dünyada baş verənləri dayandırmalı və bir-birimizlə sevgini paylaşmalıyıq. Göstərmək istəyirəm ki, bundan sonra belə olacaq" – Nunyes əlavə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest