"Qəbələ" paytaxt təmsilçisi ilə 13 dəfə çempionat, 2 dəfə kubok duelinə çıxıb. Premyer Liqada 6 qələbə qazanan "Qəbələ" futbolçuları 4 dəfə bir xalla kifayətlənibsə, bakılılar 3 matçda qalib gəlib. 23 qol vuran "qırmızı-qaralar" 14 top buraxıb.

"Qəbələ" futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda "Səbail"lə üz-üzə gələcək.
 
Matc.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma iki komanda arasında 16-cı matç olacaq. 
 
Əvvəlki 15 oyunda 8 qələbəsi olan "Qəbələ" 4 görüşdən sülhlə ayrılıb. Yalnız üç dəfə uduzan bu komanda top fərqində də üstündür - 28:16. "Səbail"lə matçlarda Baqali Dabo hamıdan çox - 6 qola imza atıb.
 
"Qəbələ" paytaxt təmsilçisi ilə 13 dəfə çempionat, 2 dəfə kubok duelinə çıxıb. Premyer Liqada 6 qələbə qazanan "Qəbələ" futbolçuları 4 dəfə bir xalla kifayətlənibsə, bakılılar 3 matçda qalib gəlib. 23 qol vuran "qırmızı-qaralar" 14 top buraxıb.
 
"Qəbələ" öz meydanındakı 7 görüşdə uduzmayıb. 5 qələbəsi olan komanda 2 dəfə heç-heçə edib. Meydan sahiblərinin 14 qol vurduğu görüşlərdə qonaqlar 4 dəfə fərqlənib. "Qırmızı-qaralar" ev oyunlarını qolsuz tərk etməyib.
 
Xatırladaq ki, martın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Səbail" matçına saat 15:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest