Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
 
Matc.az xəbər verir ki, Dortmund "Borussiya"sı bu mərhələdə 2-ci Bundesliqa təmsilçisi "Holştayn"la qarşılaşacaq.
 
Aprelin 7-də keçirilməli olan "Yan Regensburq" - "Verder" matçının qalibi isə finala vəsiqə uğrunda "Leypsiq"lə mübarizə aparmalı olacaq.
 
Xatırladaq ki, 1/4 finalın "Yan Regensburq" – "Verder" matçı birincilərin heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.
 
Almaniya kuboku
Yarımfinal
 
Yan Regensburq/Verder - Leyptsiq
Borussiya (Dortmund) – Holştayn

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest