“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
“Bu gün özümüzə şərait yaratmalı idik. Amma kobud səhvlərdən 2 qol buraxdıq. İstədiyimiz oyunu isə görə bildik. Ələ düşən imkanlardan yararlana bilmirik. Bu da komandada psixoloji gərginlik yaradır. "Neftçi" isə usta futbolçuları ilə fürsətlərdən maksimum yararlandı. Hücumçuya ehtiyacımız var. Forvard qol vura bilmirsə, yeri ehtiyat oyunçular skamyasıdır. Futbolçular məyus idi. Kobud səhvlərə yol veririk. Nəticədə məğlub oluruq. Bunları Zaur Axundov da görür. Ona görə də komandanın yanındadır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest