Futbol üzrə Slovakiya milli komandasının yarımmüdafiəçisi Marek Hamşik çinin "Dalian" klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra karyerasını İsveçdə davam etdirəcək.
 
Belə ki, o, sözügedən ölkənin "Göteborq" klubuna keçib. Bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hamşiklə müddəti avqusta qədər olan müqavilə imzalanıb.
 
Marek Hamşik peşəkar karyerasına Bratislava "Slovan"ında başlayıb. 2004-cü ildə İtaliyanın "Breşiya" klubuna transfer olunan futbolçu, 2007-2019-cu illər aralığında "Napoli"də çıxış edib. O, 2019-cu ilin fevralından çində çıxış edirdi. Yarımmüdafiəçi Slovakiya yığmasında 126 oyuna çıxıb, 26 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest