Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun 4-cü mərhələsinin iştirakçılarının adları açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Turnirdə Azərbaycanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. 4-cü mərhələdə 16 şahmatçının iştirakı nəzərdə tutulub. Bunlardan 14-nün adı artıq məlumdur.
 
Digər 2 şahmatçı isə Nils Qrandelius (İsveç), Aryan Tari (Norveç), Alan Piçot (Argentina) və Maks Varmerdamın (Niderland) iştirakı ilə bu gün keçiriləcək təsnifat mərhələsinin görüşlərindən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest