Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun 4-cü mərhələsinin qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın həlledici görüşündə rusiyalı Yan Nepomnyaşi niderlandlı Aniş Giri ilə qarşılaşıb.
 
Həm ilk, həm də ikinci gündə 4 partiya heç-heçə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün oynanılan tay-brekdə daha inamlı təsir bağışlayan Giri yekunda 4:2 hesablı qələbə qazanaraq, 60 min ABŞ dolları məbləğində mükafata sahib çıxıb. Nepomnyaşinin qazancı isə 40 min dollar olub.
 
3-cü yer uğrunda qarşılaşmada ABŞ təmsilçisi Uesli Soya qalib gələn Maqnus Karlsen isə 25 min dollarla kifayətlənib.
 
3-cü yer uğrunda görüş
Maqnus Karlsen (Norveç) - Uesli So (ABŞ) - 2:1
İlk görüş - 3:1
 
Final
Yan Nepomnyaşi (Rusiya) - Aniş Giri (Niderland) - 2:2 (TAY-BREKDƏ - 0:2)
İlk görüş - 2:2
 
Xatırladaq ki, bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 1/4 finala vəsiqə qazana bilmədiyi üçün mübarizəni erkən dayandırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest