İngiltərənin "Arsenal" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi David Luis sıradan çıxıb.
 
Bu barədə komandanın baş məşqçisi Mikel Arteta yerli mətbuata açıqlamasında bildirib. Arteta, braziliyalı müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını deyib.
 
Luisin əməliyyat olunmasına ehtiyac yaransa, müdafiəçi mövsümün qalan hissəsini buraxmalı olacaq.
 
"Arsenal" bu mövsüm Premyer Liqada keçirdiyi 30 oyuna 42 xa toplaya bilib və 9-cu sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest