Bu gün AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.
 
Matc.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda qəbul edilən qərara görə, AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, komissiyanın və ekspertlərin rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edildiyi üçün peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasov futbola aid hər bir məşğuliyyətinə ömürlük qadağa qoyulub.
 
Danışılmış oyunlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
 
Yasin Abbaovun Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
 
Yasin Abbasov "Simurq", "Turan", "Sumqayıt", "Azal" və "Neftçala" klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest