"Biz daha da irəli getməyə layiqik. Futbolçularıma görə xoşbəxtəm. Bu uğurun sayəsində mövsümün sonuna qədər enerji alacağıq". Matc.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan ötən gecə çempionlar Liqasının 1/4 finalında "Liverpul"la heç-heçə etdikləri cavab matçından (0:0) sonra deyib. İlk oyunda qazandıqları 3:1 hesablı qələbə sayəsində yarımfinala adlayan 48 yaşlı mütəxəssis bu uğuru belə şərh edib:
 
"Ancaq bu, hələ nəsə qazanmağımız anlamına gəlmir. Gördüyümüz işdən qürur duyuram. İndi istirahət edib, nəticədən zövq almağımız lazımdır. çox böyük səy göstərdik. Son bir həftə ərzində həqiqətən üç vacib oyun keçirdik və nəticələrindən məmnunuq. Mövsümün bu mərhələsində belə şeylərə nail olmaq asan deyil. Oyunçular xarakter göstərdi. Onlarla fəxr edirəm. Həmrəylik nümayiş etdirdilər. Bəli, bizim bir çox ustalıq nümayiş etdirən oyunçularımız var, amma ən çox bəyəndiyim futbolçuların xarakter göstərməsidir". 
 
Qeyd edək ki, "Real"ın yarımfinaldakı rəqibi "çelsi"dir.  Yarımfinalın ilk oyunlar 27/28 aprel, cavab matçları isə 4-5 mayda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest