"Müqaviləm bitir, amma bu dəqiqə onu fikirləşmək vaxtı deyil. Bütün fikrim oyunlarda qol vurmaq, komandamın qələbəsidir. Mövsüm başa çatdıqdan sonra bu məsələ haqda düşünmək olar"

"Ardıcıl iki oyundur qol vururam. Amma bu, mənim maksimum gücüm deyil. Həmişə yaxşı oynamaq üçün çalışıram. Bundan sonra da komandam üçün əlimdən gələni edəcəyəm. Məqsədim ən yaxşı formada olmaqdır".
 
Bu sözləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqansının 23-cü turunda evdə "Zirə"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 25 yaşlı hücumçu düşünür ki, bu hesaba görə gələcək oyunlarda arxayınlaşmaq olmaz: "Zirə ilə matçın ilk hissəsi 0:0 bitsə də, çoxlu qol epizodları olmuşdu. Sadəcə olaraq, ikinci hissədə hücumların sonluğu qolla bitdi. Bütün oyunlara bu motivasiya ilə çıxacağıq. Bizim bu qələbədən sonra eyforiyaya qapılmaq haqqımız yoxdur. Hər bir futbolçumuz özündə məsuliyyət daşıyır. İnanmıram ki, o cəhətdən problem olsun".
 
O,  "Qarabağ"ın xal itirməsinin onları ruhlandırmadığını söyləyib: "Oyunlara hazırlıq 1 gün ərzində olmur. Deyə bilmərəm ki, "Qarabağ"ın xal itkisi bizim üçün rol oynadı. Biz bu həftə ərzində məşqlərə başlayanda bilmirdik ki, "Qarabağ" 1 gün qabaq xal itirəcək".
 
Yayda paytaxt klubu ilə müqaviləsi başa çatacaq Murabdulla Abbasov sonda bu məsələdən də danışıb: "Müqaviləm bitir, amma bu dəqiqə onu fikirləşmək vaxtı deyil. Bütün fikrim oyunlarda qol vurmaq, komandamın qələbəsidir. Mövsüm başa çatdıqdan sonra bu məsələ haqda düşünmək olar. özümə qaldıqda isə "Neftçi"də davam etmək istəyirəm. Hər yerdə demişəm ki, Samir Abasovun baş məşqçiliyi altında özümü yaxşı hiss edirəm. Burada futboldan həzz alıram". qol.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest