Tokio Yay Olimpiya Oyunlarında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarına yekun vurulub. Matc.az xəbər verir ki, 244,8 xal toplayan Cavad Foruqi Olimpiadanın qızıl medalın sahib çıxıb.  Bu göstərici sayəsində İran təmsilçisi yeni olimpiya rekordu müəyyənləşdirib. Damir Mikeç (Serbiya) ikinci, Pan Vey (çin) isə üçüncü nəticə göstərib. 
 
Qeyd edək ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında Azərbaycanı təmsil edən Ruslan Lunyov təsnifatda 20-ci olaraq mübarizəni dayandırmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest