Yapon gimnast Kohey Uçimura Tokio-2020-də turnik hərəkətlərini yerinə yetirərkən uğursuzluqla üzləşib. Matc.az xəbər verir ki, Uçimura yıxılıb və bu, yekunda onun 13.866 xal toplaması ilə nəticələnib. 
Beləliklə, 32 yaşlı idmançı növbəti həftə keçiriləcək final etapına vəsiqə qazanmaq şansını itirib. Uçimura şəxsi çoxnövçülük və digər fərdi növlərdə iştirak etməyəcək. Yapon gimnast London-2012-də bir (çoxnövçülük), Rio-2016-də isə iki (çoxnövçülük, komanda) qızıl medal qazanmışdı. Eyni zamanda, 10 qat dünya çempionu olan Uçimura tarixin ən böyük gimnastlarından biri hesab edilir. 
Qeyd edək ki, Kohey Uçimura Tokio-2020-dən sonra karyerasını bitirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest