Tokio-2020-də şose velosipedində kişilərin mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, 234 km-lik məsafəni hamıdan öncə qət edən Ekvador təmsilçisi Riçard Karapas (6:05:26) qızıl medala sahib çıxıb. Niderlandlı Vaut van Art ikinci olub. Sloveniyanı təmsil edən, Tur de Fransın ikiqat qalibi (2020, 2021) Tadey Poqaçar isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışda Azərbaycanı Elçin Əsədov təmsil etmişdi. 34 yaşlı velosipedçimiz finişə çata bilməmişdi. Əsədov sona 108 km qalmış mübarizəni dayandırmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest