Tokio-2020-də ilk gün geridə qalmaq üzrədi. Matc.az xəbər verir ki, 11 dəst medalın sahibini tapdığı birinci günün nəticələrinə əsasən, çin (3 qızıl, 1 bürünc) sıralamaya başçılıq edir. 
 
Aktivlərində hərəyə 1 qızıl və 1 gümüş medal olan İtaliya və Yaponiya ikinci-üçüncü sıraları bölüşürlər. 
 
Azərbaycan isə hələlik medal qazanmayıb. 
 
Medal sıralamasında "ilk onluq" belədir: 1. çin - 3 qızıl, 1 bürünc (4) 2-3. İtaliya - 1 qızıl, 1 gümüş (2) 2-3. Yaponiya - 1 qızıl, 1 gümüş (2) 4. Cənubi Koreya - 1 qızıl, 2 bürünc (3) 5-9. Ekvador - 1 qızıl (1) 5-9. Macarıstan - 1 qızıl (1) 5-9. İran - 1 qızıl (1) 5-9. Kosovo - 1 qızıl (1) 5-9. Tailand - 1 qızıl (1) 10. ROK (Rusiya Olimpiya Komitəsi) - 1 gümüş, 1 bürünc (2)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest