34 yaşlı idmançımız 1500 metr məsafəyə üzməni 18 dəqiqə 27 saniyəyə tamamlayıb. Velosipedə keçid ona 39 saniyəyə başa gəlib. Pevtsov 40 km-lik veloməsafəni 1 saat 16 dəqiqə 56 saniyəyə bitirib.

Tokio Yay Olimpiya Oyunlarında kişi triatlonçuların mübarizəsinə start verilib. Matc.az xəbər verir ki, Azərbaycanı yarışda Rostislav Pevtsov təmsil edib. 
 
34 yaşlı idmançımız 1500 metr məsafəyə üzməni 18 dəqiqə 27 saniyəyə tamamlayıb. Velosipedə keçid ona 39 saniyəyə başa gəlib. Pevtsov 40 km-lik veloməsafəni 1 saat 16 dəqiqə 56 saniyəyə bitirib. 33 saniyə ərzində qaçışa keçid edən təmsilçimiz sonda yarışı 1 saat 50 dəqiqə 46 saniyəyə tamamlayaraq 41-ci olub. 
 
Qeyd edək ki, norveçli Kristian Blummenfelt triatlonda qızıl medal qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest