12 Oktyabr 2026, 16:32
FUTBOL
Luis Migel Ramis "Osasuna"nın baş məşqçisi postunu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya çempionatında keçirdiyi son 5 matçda komanda 4 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb. "Osasuna" bu müddətdə 4 qol vurub, qapısında isə 17 top görüb.
La Liqada 8 turdan sonra 8 xal toplayan komanda 16-cı pillədə qərarlaşıb.













