"İlk altılıq"da qərarlaşan idmançılar finala vəsiqə qazandığı üçün 41 yaşlı idmançımızın Tokio-2020 ilə vidalaşması rəsmiləşib.

Tokio Yay Olimpiya Oyunlarında stend atıcılığında təsnifat mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, təmsilçimiz Emin Cəfərov 5 raundun tamamında 116 xal (25, 23, 23, 22, 23) toplayaraq, 30 nəfər arasında 26-cı nəticə göstərib. 
 
"İlk altılıq"da qərarlaşan idmançılar finala vəsiqə qazandığı üçün 41 yaşlı idmançımızın Tokio-2020 ilə vidalaşması rəsmiləşib.
Qeyd edək ki,  Cəfərov dünən təsnifat mərhələsinin ilk üç raundunda topladığı 71 xalla 24-cü sırada qərarlaşmışdı.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest