Tokio Yay Olimpiya Oyunlarında dördüncü günə start verilib. Matc.az xəbər verir ki, kişi cüdoçuların 81 kq çəki dərəcəsində təmsilçimiz Murad Fətiyev mübarizəyə qoşulub. O, 1/16 finalda Frederik Herrislə qarşılaşmalı idi. Lakin syerra leoneli idmançı çəki mərasimində iştirak etmədiyindən, Murada texniki qələbə verilib.
 
22 yaşlı cüdoçumuz 1/8 finalda dünya çempionu Səid Mollai (Monqolustan) ilə üz-üzə gəlib. Döyüşün qalibi qızıl xalla müəyyənləşib. Səid Mollai vaza-ari ilə qələbə qazanaraq mərhələ adlayıb. 
 
Qeyd edək ki, Azərbaycan Tokioya 9 cüdoçu ilə yollanıb. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest