Tokio Yay Olimpiya Oyunlarında 10 m-lik platformadan sinxron suya tullanma yarışında qadınların mübarizəsində medalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, çen Yuysi və çjan Tsyatsidən ibarət çin komandası toplam 363.78 xal (53.40, 57.60, 81.90, 86.40, 84.48) toplayaraq qızıl medal qazanıb. ABŞ ikinci olub. Meksika isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, kişilərin 10 m-lik platformadan sinxron suya tullanma yarışında Böyük Britaniya çempionluq yaşamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest