Badmintonda Azərbaycanı Tokio-2020-də təmsil edən Edi Reski Dviçayo da mübarizəyə qoşulub.
 
Matc.az xəbər verir ki, L qrupunda yarışan Dviçayo Nquen Tyen Minlə (Vyetnam) qarşılaşıb. Görüş 23 yaşlı badmintoçumuzun qələbəsi ilə yekunlaşıb. O, hər iki setdə rəqibindən üstün olub - 2:0 (21:14, 21:18)
 
Hazırda indineziyalı legionerimiz L qrupunda Anders Antonsenlə birlikdə ilk iki pilləni bölüşür. Sabah Bakı vaxtı ilə saat 15:00-da idmançımız danimarkalı badmintonçu ilə qarşılaşacaq. Yalnız qrup liderləri mərhələ adladığından, Dviçayo 1/8 finala qalmaq üçün mütləq bu oyunda qələbə qazanmalıdı.
 
Qeyd edək ki, Anders Antonsen Avropa və dünya çempionudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest