Tokio Yay Olimpiya Oyunlarının beşinci günündə - 28 iyulda üç idmançımız medallar uğrunda mübarizə aparacaq. Matc.az xəbər verir ki, kişi cüdoçuların 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 1/16 final görüşünə çıxacaq. Onun rəqibi İslam Bozbayev (Qazaxıstan) – Rafael Maçedo cütünün qalib olacaq. Mehdiyevin döyüşünün başlanğıcı Bakı vaxtı ilə saat 06:26-ya planlaşdırılır. 
 
Badmintonçumuz Edi Reski Dviçayo L qrupunda növbəti görüşünü keçirəcək. O, Bakı vaxtı ilə saat 15:00-a təyin olunan oyunda dünya və Avropa çempionu Anders Antonsenlə (Danimarka) qarşılaşacaq. Dviçayo qrupdakı ilk görüşündə Nquen Tyen Mini (Vyetnam) 2:0 (21:14, 21:18) hesabı ilə məğlub edib. Hazırda indoneziyalı legionerimiz L qrupunda Anders Antonsenlə birlikdə ilk iki pilləni bölüşür. Yalnız qrup liderləri mərhələ adladığından, Dviçayo 1/8 finala qalmaq üçün mütləq danimarkalı rəqibinə qalib gəlməlidi. 
 
Boksçu Alfonso Dominges (81 kq) 28 iyulda mübarizə qoşulan idmançılarımızdandı. Kubalı legioner 1/8 final mərhələsi çərçivəsində özbəkistanlı Dilşod Ruzmetovla qarşılaşacaq. Döyüşün startı Bakı vaxtı ilə saat 15:27-ə planlaşdırılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest