Dviçayo Nquen Tyen Mini (Vyetnam) qabaqlayaraq L qrupunu ikinci sırada bitirib, Anders Antonsen isə birinci olub. Yalnız qrup liderləri mərhələ adladığından, 23 yaşlı badmintonçumuz Tokio-2020-də mübarizəni dayandırıb.

Badmintonçumuz Edi Reski Dviçayo L qrupunda növbəti görüşünü keçirib.
 
Matc.az xəbər verir ki, Dviçayo dünya və Avropa çempionu Anders Antonsenlə (Danimarka) qarşılaşıb. Görüşün favoriti olan danimarkalı badmintonçu sürprizə imkan verməyib. Oyun Antonsenin 2:0 (21:16, 21:15) hesablı qələbəsi ilə yekunlaşıb.
 
Dviçayo Nquen Tyen Mini (Vyetnam) qabaqlayaraq L qrupunu ikinci sırada bitirib, Anders Antonsen isə birinci olub. Yalnız qrup liderləri mərhələ adladığından, 23 yaşlı badmintonçumuz Tokio-2020-də mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest